Featured

ÖYRƏNMƏ VƏ ÖYRƏTMƏ ÜZƏRİNƏ

Uşaq vaxtı rayon univermağından ağlayaraq özümə 5 manatlıq Kubik Rubik aldırmışdım. Sadəcə bir üzünü yığmağı öyrəndim və heç vaxt bütün üzlərini yığa bilmədim. Böyüdüm, yekə kişi oldum, amma anam beynindəki şiş ucbatından yaddaşını itirdiyi bu son illərə qədər hər yadına düşdükcə o Kubik Rubiki mənim başıma qaxmağa davam elədi. Əvvəl elə bilirdim ki, 5 manata heyfslənir. Ancaq sonradan anladım ki, məsələ 5 manatda deyil. Məsələ bu oyuncağın anamın gözündə 5 manata dəyməyəcək qədər anlamsız, mənasız olması idi. Beləcə üstündə bu qədər danlandığım və bütün üzlərini heç vaxt yığa bilmədiyim Kubik Rubikin acı xatirəsi qaldı içimdə…
Bir neçə il bundan qabaq uşaqların hərəsinə bir Kubik Rubik aldım. Oturub internetdən onun yığılma alqoritmini də öyrənib bütün üzlərini nəhayət ki, özüm yığdım. Sonra yığılma alqoritmini də bir kağıza anlaşılır bir şəkildə yazaraq uşaqlardan mükafat qarşılığında bütün üzlərini yığmalarını istədim. Uşaqlar heç yığmadılar. Söküb içinə baxdılar, parçaladılar, səpdilər…
Üstündən təxminən bir il keçəndən sonra daha keyfiyyətlisindən yenə hərəsinə bir dənə Kubik Rubik aldım. Bu dəfə də mükafat təyin eləyib yığmaları üçün şirnikləndirdim. Amma sadəcə bir üzünü zorla yığa bildilər. Sonra atdılar bir kənara. Və illər keçdi…
Bir ay bundan qabaq oğlum məndən ona Kubik Rubik almağı xahiş elədi. Almaq istəmədim. Dedim ki, onsuz da atacaqlar bir kənara. Amma o qədər israr elədi ki, axırda aldım. Amma qızım istəmədiyi üçün ona almadım. Gəldim Kubik Rubiki verdim, nə yığmağını istədim, nə də bunun qarşılığında mükafat təklif elədim. Oğlum dedi ki, “Ata! Səndə bunun yığma qaydaları var idi. Onu mənə ver də.” Dedim ki, hara atdığımı bilmirəm. Dedi ki, onda mənə yenidən yaz da. Dedim ki, indi xatırlamıram, həm də daha mənim üçün əvvəlki qədər maraqlı deyil. Əgər sənə maraqlıdırsa, özün internetdən tap, öyrən.
Heç bir gün keçmədi, yığılma ardıcıllığını da öyrəndi, özünə fərqli bir alqoritm də yazdı və 2 dəqiqədən də az bir vaxta bütün üzlərini yığıb qarşıma qoydu Kubik Rubiki. Bəlkə də məndən umduğu reyaqsiyanı görmədiyindən, mənzərəyə olan biganələyimdən olsun ki, üzümə baxıb belə soruşdu:
– Ata! İndi bunun mənə nə faydası oldu?
Sual məni diksindirdi, elə bil yuxudan ayıldım. Xatırladım ki, əvvəl onlara özüm həvəslə Kubik Rubik alıb yığmalarını istədikdə heç bu işin onlara nə faydası olacağı barədə düşünməmişdim də. Bu sadəcə mənim həyata keçirə bilmədiyim öz uşaqlıq arzum idi ki, onu uşaqlarımın tamamlamasını istəmişdim yəqin ki.
Dedim ki:
– Bilmirəm! Əgər varsa, ağlıma gələcək, bir az düşünüm.
Və iki möhtəşəm fayda tapdım. Dedim ki:
– Oğul! Bu Kubik Rubiki yığmağının sənə çox əhəmiyyətli iki faydası oldu;
1. Yığma qaydasını heç kimin köməyi olmadan özün axtarıb tapdığın üçün, bu səndə bilmədiyin şeyləri öyrənmək istədikdə bunu tək başına edə biləcəyinin mümkünlüyünü öyrətdi və bacaracağına inandırdı.
2. Qarşına bir məqsəd qoyub lazımı səyi göstərdikdə, o məqsədə çatmağın o qədər də çətin olmadığını öyrətdi və inandırdı.
Bunlar həddən artıq çox böyük faydalardır. Daha o Kubik Rubiki parçalayıb bir kənara atsan da buna narahat olmaram.
Oğlum: – Bəs 1 dəqiqəyə, yarım dəqiqəyə yığmağı öyrənsəm?
Mən: – Bunu sadəcə çox vaxt sərf edərək əl alışqanlığını sürətləndirməklə edə bilərsən ki, bu bacarığını da qoruyub saxlaya bilmək üçün davamlı məşq etməlisən. Məncə buna sərf edilən vaxta dəyməz. Bunu bacarmağının nə sənə, nə də bir başqasına hansısa faydası olduğunu düşünmürəm.

Bu hadisədən sonra bir daha bu qızıl qaydanın doğruluğundan əmin oldum:
Uşaqlara nə isə öyrətməyə çalışmaqdansa, öyrənmək istədikləri şeyi özləri istədikləri anda öyrənə bilmələri üçün lazım olan zəruri şəraiti yaradıb dəstək vermək lazımdır. Vəssəlam!

Bakıxan Abdullayev

XİLAS (2) – Bakıxan Abdullayev yazır

Necə deyərlər “Söz vaxtına çəkər!”.
Düz iki il bundan qabaq, 2015-ci il dekabr ayının 20-si, gecə saatlarında çəkmişəm bu fotonu. Ona görə də bu gün əlamətdar gündür mənim üçün. Çünki, həyatımın ən məsuliyyətli, risqli qərarlarından birini almışdım iki il əvvəl. Və bu gündən durub iki il əvvələ nəzər salanda sevinirəm, “Nə yaxşı elədim bunu…” deyirəm;
Deməli iki il bundan əvvəl təhsilin, məktəbin uşaqlarım üçün bir işkəncə olduğunu anlayanda, onlara dedim ki, daha oxumaq istəmədiyiniz heç bir dərsi oxumayın. Rahat olun. Ata sizi buna görə danlamayacaq, məcbur da eləməyəcəm. Ürəyiniz nəyi istəyir, onu oxuyun. Vaxtınızı sadəcə həvəsiniz, marağınız olan şeyə sərf edin.
Uşaqlar necə sevindilər… Xüsusən də oğlum. Heç bir dərsi hazırlamadılar. Amma axşam yatağına girəndən sonra “müəllimə nə deyəcəyəm…” deyə ağlamağa başladı.
– Ay oğul! Niyə ağlayırsan ki?
+ Sən dedin oxuma, mən də oxumadım. Bəs müəllimə nə deyəcəm?
– Ay Dədəm! Mən sənə oxuma demədim ki. Mən sənə dedim həvəsin olmayanı oxuma, həvəsin olanı oxu.
+ Mənim heç birini oxumağa həvəsim yoxdu axı…
– Onda oxuma!
+ Bəs müəllim məni danlasa…?
– Mən sabah gedib sənin bütün müəllimlərinlə danışacam.
O gecə ağlaya-ağlaya dərslərini yarı-yarımçıq hazırlayıb sonra yatdı. Səhəri mən müəllimləri ilə danışıqlara başladım. Danışıqlar gözlədiyim qədər asan olmadı, amma nəhayət ki, baş tutdu.
İndi hər şey qaydasında, arzu elədiyim kimi yolundadır. Nəyi istəyirlər, nə maraqlıdırsa o sahəyə tam gücləri ilə yönəlirlər. Maraqları, istəkləri tez-tez dəyişir. Birinin başını buraxıb, rahatlıqla başqa şeyə yönələ bilirlər. Amma yönəldikləri sahədən mütləq nə isə öyrəndiklərini hiss edirəm. Ən əsası isə öz-özlərinə öyrənə bilməyin yöntəmlərini kəşf edir, bunun mümkünlüyünə alışır və üsulunu öyrənirlər. Neçə dəfə olmaq istədikləri peşəni dəyişiblər. Oturub ciddi-ciddi nə olacaqlarını düşünür, müzakirə edirlər. Ona görə planlar qururlar. Sonra hamısını dağıdır, yenidən qurmağa başlayırlar. Heç nə öyrənmək istəməyəndə də doya-doya oynayıb uşaqlıqlarının haqqını verirlər. Ümumi bilik və bacarıqlarına görə də sinif yoldaşlarından heç də geri qalmadılar. Əksinə, çox cəhətdən irəli belə getdilər. Ən əsası isə, həqiqətən nələrisə qalıcı olaraq öyrəndiklərini görürəm.

 

https://m.facebook.com/story.php?story_fbid=1685958228145557&id=100001941885415

Oxumqa üzərinə (Mehmet Akdağdan)

Okumak Sürekli Olmalıdır;

Ara ara karşılaştığım bir çok büyüğüm, dostum, yakın arkadaşım karşılaştığımız zaman şöyle bir soru yöneltirler sıklıkla;

Hâlâ okuyor musun? 
Okuyabiliyor musun?

Bende evet derim. Terk etmeyi göze alamadığım bir faaliyet…

Şimdi insanların bu sorusu arka planda şöyle bir şeyi saklıyor;

Şimdiye kadar öğrenciyken, üniversite öğrencisiyken yeteri kadar okudum. Kafamı çalıştırmayı öğrendim, aklımın nasıl basacağını biliyorum. Artık öğrencilik bitti, iş güç var, okumaya zaman da bulamıyorum, takatimde kalmıyor okumaya…

Arka planda çalışmaya başlayan bu uygulama, bu psikoloji külliyen büyük bir kandırmacadır!

Kendimden çok iyi biliyorum, okumayı hiç bırakmasam da, azalttığım vakitlerde kafam daha az basıyor, aklım daha kıt davranıyor. Ayrıca hiç de öyle dinlendiğim falan da olmuyordu…

Okumak okumaktır ve her zaman okunmalıdır…

Okumayı sürdürdükçe kafanız basmaya, aklınız çalışmaya devam eder…

***

Ben kendim yahut başka birileri için “ilim/bilim” talep ederken ihtisaslaşmış bir faaliyeti kastetmiyorum sadece…

Bir ihtisas sahibi olmalı insan, buna şüphe yok. Ama bunun yanında her daim bir çok mevzuda okuma, öğrenme faaliyeti yapılmalıdır…

İnsanın ilim sahibi olması da kendi nazarımda budur. Sonrası?

Sonrası Allah kerim!

Şanslıysanız bilgelik makamı belki sizi bulur…

Bakıxan Abdullayev: “QIZIM SƏNƏ DEYİRƏM, …” silsiləsindən

Dinlə qızım!
“Böyüyəndə həkim olmaq istəyirəm” deyənlər əslində yalan danışırlar. Çünki, heç kim, hələ həkim olmamış bunu istəyib-istəmədiyindən öncədən əmin ola bilməz. Ola bilər ki, kimsə həkim olandan sonra həkimliyi sevsin. Ancaq biz peşələri seçəndən sonra o peşənin sahibi ola biləcəyimizə görə, hələ olmamış bunu istədiyimizdən əmin ola bilmərik. Sən soruşa bilərsən ki, “Ata! Bəs onda “həkim olacam” deyənlərin istədiyi nədir?” Mən bu suala belə cavab verərdim:
Bax, təsəvvür elə ki, indi sən xoşladığın musiqiləri, mahnıları istədiyin vaxt, istədiyin qədər doya-doya dinləmək istəyirsən. Ancaq bunun üçün sənə yaxşı bir mobil telefon, internet bağlantısı, ya da mp3 oxuyucu lazımdır ki, bunu edə biləsən. Bunları əldə edə bilmək üçün isə, təbii ki, sənə pul lazımdır. Pulun yoxdursa, sən onu qazanmağın yollarını axtaracaqsan. Pulu necə qazanmaq olar? Əlbətdə ki, həkim, müəllim, hakim və s. olmaqla. Və beləcə sən, “Böyüyəndə Həkim Olmağı İstəmək Qərarına Gəlirsən”. Əslində isə səni buna sövq edən həqiqi səbəb, sevdiyin musiqini rahat bir şəkildə dinləyə bilmək arzusudur. Beləcə sən böyüyürsən, həkimliyi oxuyursan, həkim diplomu alırsan, həkim işləməyə başlayırsan, pul da qazanırsan, qazandığın pul ilə bir çox istəyinə də nail olursan. Amma heç vaxt HƏKİM ola bilmirsən ki, bilmirsən. Çünki sən heç vaxt, “Bir insan nə üçün həkim olmaq istəsin ki?” sualını özünə verib, bu sualı cavablamağa belə çalışmamısan.

Bakıxan Abdullayev

XİLAS (1) – Bakıxan Abdullayev yazır

Deməli artıq bir il oldu ki, övladlarımı müasir “təhsil sisteminin” caynağından xilas eləməyə çalışıram. Əslində “Əti sənin, sümüyü mənim!” deyərək özüm öz əlimlə təhvil vermişdim uşaqlarımı bu cəfəng sistemə. Bu “QƏHRƏMANLIĞIMA” görə də, “Sən Nümunəvi Valideyinsən!” deyərək mükafatlandırmışdılar da məni… Yaxşı ki, çox gecikmədən anladım səhvimi. Bir il bundan qabaq uşaqları çağırdım yanıma və ciddi şəkildə belə bir monoloq söylədim:
“- Bu gündən sonra dərs oxumadığınız üçün sizi danlamayacam. Beş aldığınız üçün də tərifləməyəcəm. İstədiyiniz fənni oxuyun, istəmədiyinizə isə heç vaxt sərf eləməyin. İstəmədiyiniz şeyləri öyrənməyə ayırdığınız vaxtı istədiyiniz şeyləri öyrənməyə sərf edin. Sadəcə sevdiyiniz şeylərə vaxt ayırın. Müəllimlərinizlə də danışacam ki, daha oxumadığınız üçün sizi danlamasınlar. Ancaq sinifdə intizam qaydalarını qətiyyən pozmayın! İstəyirsiz 2 alın, istəyirsiz 1. İstəyirsiz sinifdə qalın. Eybi yoxdur. Bircə istədiyiniz şeyi oxuyun. Öyrənmək istədiyiniz hər şey internetdə var. Mən interneti açıq saxlamağa çalışacam. Özüm də əlimdən gələn köməyi edəcəm. Bu gün maraqlı olan şey sabah maraqsız olsa, başını buraxın. Keçin o an maraqlı olan şeyə. Sonra nə vaxtsa yenə marağınızı çəksə davam edərsiz. Mənə sual verməkdən də qətiyyən çəkinməyin. Ola bilər arada əsəbi, yorğun vaxtıma düşüb sizə əsəbiləşə bilərəm. Amma bundan narahat olmayın. Qətiyyən sualınızı unutmayın. Əsəbim sakitləşən kimi gəlib yenidən soruşun!”

Əlbət də ki, uşaqlar şokda idilər…
Bütün bu bir il boyu uşaqlarım zəncirdən açılmış küçük kimi maraqlarının onarı sürüklədiy hər yerə doğru qaçışdılar. Oğlum çox tez xilas oldu. Qızımla isə bir az çətin olur, amma onda da alınır. Axı O, iki yaş böyükdür və iki il daha çox uzaq qalıb öz kimliyindən, öz maraqlarından, öz arzularından, öz istəklərindən…

Bu gün oğlumun mənim gözümdəki çox böyük uğurlarından birini dostlarımla bölüşərək, əslində nə qədər doğru qərar verdiyimi arzu edənlərə nümunə kimi təqdim eləmək istəyirəm. Bu videoların müəllifi 5-ci sinifdə oxuyan 11 yaşlı oğlumdur. Həm də tək başına hazırlayıb bütün bunları. Tək başına özü həm senarist, həm rejissor, həm operator, həm aktyor, həm kaskadyor, həm səs rejissoru, həm də montajçı… Mənim köməyim isə, sadəcə, Onun öz arzusu ilə komputerlərinə istədikləri montaj proqramını internetdən tapıb yükləmək olub. Vəssalam! Bu kiçik filimləri hazırlamaq üçün lazım olan proqram incəliklərinin çoxusunu heç mən özüm bilmirəm. Hamısını öz çabaları ilə internetdən öyrənib. Bu filimləri hazır edib mənə göstərdiyində isə necə deyərlər ağzım açıq qaldı. Heyrətimi də bilərəkdən gizlətmədim. Çox fərəhləndim, çox sevindim, çox qürur duydum. Və bütün bu duyduqlarımı da onlara hiss etirdim. Bu sahələrdən az-çox məlumatı olan hər kəs bu film yaradacılığı işinin o qədər də asan bir iş olmadığını bilir.

Burdan məni “uşaqları korlamaqla” qınayan, ya da qınayacaq hər kəsə səslənmək istəyirəm. Hamı bilir ki, heç kim bir uşağın qayğısına, öz valideyinindən daha çox qala bilməz. Əlbətdə ki, mən də uşaqlarım üçün narahatam. Hər şeyi də onların yaxşılığı üçün edirəm. Səhv etmədiyimi də görürəm. Bəlkə bu gün, bəlkə də sabah mənim oğlum bu filim yaradıcılığından diksinə bilər. Çünki bu bir ildə dəfələrlə fərqli istiqamətlərə yönəldi. Bundan da bezəcək yəqin ki. Amma bir şeyi dəqiq bilirəm ki, hara yönəlsə də, az ya da çox nə isə öyrənir. Bu öyrəndiklərini də özü, öz səyi ilə, məcbur edilmədən, zövq alaraq öyrənir. Həm yaddaşında daha uzun müddət qala biləcək biliklər öyrənir, həm işinə yaraya biləcək bacarıqlar öyrənir, həm də ən əsası özü müstəqil olaraq öyrənmək istədiyi şeyləri öyrənə bilməyi öyrənir. Heç bir müəllimə, məktəbə, dərs proqramına ehtiyac olmadan. Nəticə göz qabağındadır. Dəyərləndirmək sizə qalır artıq!

Bu arada onu da qeyd edim ki, bu yarımilliyin qiymət cədvəlinə görə qızım siniflərinin birincisi, oğlum isə ikincisidir. Demək ki, məktəbi də “yola verməyin” üsulunu tapıblar.

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fbakixan.abdullayev%2Fvideos%2F1315102891897761%2F&show_text=0&width=560

Kısa kısa eğitim notları

1 – Eğitim en temelde ferdi bir çabadır.
2 – Çocuğunuzu, oğlunuzu, kızınızı kreşlere, ana
okullarına, ilköğretim ve liselere kaptırmayınız.
3 – Çocuklar okullara gidecekler, bundan kaçış yok gibi; Esas öğretimin kişisel, bireysel eğitim olduğunun unutulmaması gerekiyor.
Mümkünse kendiniz eğitim verin…Evet evet çocuklarınıza öğretmek için kendiniz
öğrenmek zorunda kalsanız bile.

Nasıl ki;
Bir çocuk için kimin çocuğu deniliyorsa, bir öğrenci içinde kimin öğrencisi denilir! Modern dönemde de bu durum hiç değişmedi…Özel olan her zaman özel. Her zaman ama her zaman…!

Bir şeyi öğrenmek demek; bir şeyi defalarca kez tekrar etmek demektir. Okullarda tekrar yapmanın imkanı yoktur. Olsa da kıymeti yoktur. Tekrar, okul dışında ve mümkünse tek başına yapılır.

Öğrenmek demek;
İlk önce kendinle sonra başkayla hesaplaşmak demektir…

Eski ile şimdi arasında bir kıyas yapayım;
Geleneksel ve klasik dönemde kayda değer gördüğümüz bir çok kişinin biyografisine baktığımızda şöyle bir şey görüyoruz; “İlk eğitimini/öğretimini babasından yahut yakınından aldı”… Bu bilhassa müslüman dünyada böyleydi… Okuduğum kadarıyla Yahudiler-Hristiyanlar arasında da böyleymiş…

Şu anda çocuklar aile büyüklerinden bir eğitim/öğretim alabiliyorlar mı? Oturup babalarından matematik-fizik-tarih-coğrafya öğrenebiliyorlar mı? Pek karşılaştığım bir şey değil.

Mehmet Akdağ